"Analar öz uşaqlarını səs salmasınlar deyə qundaqda boğurdu" - Xocalı sakini

"Analar öz uşaqlarını səs salmasınlar deyə qundaqda boğurdu" - Xocalı sakini
SOSİAL
12:23 26.02.2026
265
"Müharibə elə bir yerdir ki, oradan heç kim sağ qayıtmır: insan həm ruhən, həm də cismən məhv olur".
 
AZXEBER.COM xəbər verir ki, bunu APA Tv-nin "Xəbəraparan" verilişində Xocalı sakini Solmaz Haqverdiyeva deyib.
 
O, həmin qanli gecədə yaşanan hadisələri göz yaşları içində xatırlayıb:
 
"Biz atamın sayəsində sağ qala bildik. Bu sağ qalmaq cismən olsa da, insan ruhən məhv olur. O gecədə bizim gözümüzdə insanlığı öldürdülər. Mənim uşaqlığım, gəncliyim olmadı, həmin gecədə yaşlandım.
 
Atam bizi xilas etsə də, ailəmiz bir-birindən ayrı düşdü. Bacım əmimgil ilə meşədə qaldı, anam güllə yarası aldı. Atam qadınları xilas etmək üçün geri qayıtdı. Analar öz uşaqlarını səs salmasınlar, erməniyə əsir düşməsinlər deyə qundaqda boğurdular.
 
Yer üzündəki heç bir insana mən o dəhşətli gecəni yaşamağı arzu etmirəm. Onlar insanların cəsədlərindən belə qəddarlıqla heyif çıxırdılar. Biz bunları yaşamışıq. Bizdən nəyin qisasını aldılar, bilmədik. Müharibənin də qanunları olmalıdır. Qadınlara, qocalara, uşaqlara toxunulmamalıdır. Onlarda o mərhəmət hissi də yox idi".
 
Aysel

OXŞAR XƏBƏRLƏR