Analizi neqativ çıxan, lakin koronavirus olan şəxslər immunitet sertifikatı ala bilər? - RƏSMİ AÇIQLAMA

Analizi neqativ çıxan, lakin koronavirus olan şəxslər immunitet sertifikatı ala bilər? - RƏSMİ AÇIQLAMA
SOSİAL
12:53 02.06.2021
983
Bəzən vətəndaşda koronavirusun əlamətləri olur, lakin PZR yaxma cavabı neqatir çıxır.

Bu zaman vətəndaş nə edə bilər.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy açıqlama verib. O bildirib ki, analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar vardır.

"Ümumiyyətlə dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70 faiz kimi qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar.

ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır.

Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaqdır. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər”, - deyə Yavər Hacısoy bildirib.

Bundan başqa, hazırda insanları daha çox narahat edən bir məsələ də odur ki, virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanlar var. Bu səbəbdən onlar immunitet sertifikatı əldə edə bilmirlər.

Daha çox verilən suallardan biri də odur ki, vaksinasiya üçün seraloji müayinə şərtdirmi və bədəndə olan anticisimlərin varlığı peyvəndlənmə zamanı hər hansı bir problem yarada bilərmi?

Mütəxəssis məsələyə belə aydınlıq gətirib:

"Orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur. Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticismlər az miqdarda qalması vaksinasiyaya nə əks göstərici deyildir və hər hansı bir fəsad doğura bilməz.

Onu da qeyd edim ki, xəstəliyi xəbərsiz və ya ev şəraitində yüngül keçirdən insanlarda ciddi anticismlərin yaranmasıda müşahidə olunmur. Bu səbəbdən seraloji müayinənin pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaqdır”.
OXŞAR XƏBƏRLƏR