"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın

"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım" - anasını bağışlayan qadın
MARAQLI
20:15 14.10.2017
5745

1977-ci il, 29 avqust. Çəkisi 1 kiloqramda azca çox olan balaca qız yeni doğulmuş uşaqlar üçün bölmədə borucuqlar və naqillər arasındadır. O, ölümlə mübarizə aparır.

Fəqət, körpənin sağ qalmasını istəyən valideynlər yaxınlıqda gözə dəymir.

Melissa Odenin anası ABŞ-ın Ayova ştatındakı xəstəxananı tərk etmişdi və düşünürdü ki, hamiləliyin 8-ci ayında abort etdirdiyi üçün bətnindəki körpə ölüb.

Abort uğursuz oldu, amma Melissanın anası 36 il ərzində bilmədi ki, qızı satğ qalıb.
Melissa yaşamının dramatik başlanğıcından xəbər tutandan sonra tam 20 il suallara cavab aradı. Sonucda bəlli oldu ki, anası abort etdirmək istəmirdi.

Melissa onu da öyrəndi ki, sağ qaldığına görə tibb bacısına borcludur. Həmin tibb bacısı "tibbi tullantı" kimi qutuya atılmış uşağın asta səsini eşitmişdi.

Digər tibb bacısı isə palatadakı həmkarlarına deyibmiş: "Səsi gəlir?! Cəhənnəmə ki! Qoyun, ölsün!"
O tibb bacısı Melissanın nənəsi idi.

Yaşamı barədə belə təfərrüatları öyrənən başqa adam sərt, qəddar olardı. Amma onu sevən insanların övladlığa götürdükləri Melissa doğma anasını arayıb, tapıb və həmin qadını bağışlayıb.

"Öyrəndim ki, anamın 19 yaşı olanda onu aborta xəstəxanada tibb bacısı işləyən nənəm vadar edibmiş. Anam sağ qaldığımı bilmirdi. Həqiqəti bilənədək 30 il keçdi. Bu, utanc və hirsdən inam və əfvə gedən uzun, ağrılı yol idi", - Melissa deyir.

Ayova ştatındakı Su-Siti şəhərindəki xəstəxananın həkimləri Melissanın anasını hamiləliyin 31-ci həftəsində abort etmişdilər.

Melissadja sarılıq, respirator pozuntusu və qıcolmalar vardı. Həkimlər düşünürdülər ki, qız sağ qalsa belə, onun görmə və eşitmə qabiliyyətində problemlər olacaq, uşaq inkişafdan qalacaq.

3 həftə sonra Melissanı Ayova Sitidəki hospitala keçiriblər. Burada çalışan Meri adlı tibb bacısı uşağa Keti Rouz adını verib

Melissa 3 aylıq olanda onu Ron və Linda Odenlər övladlığa götürüblər. Odenlər 3 il əvvəl Temmi adlı qızı da övladlığa götürmüşdülər.
Uzun illər boyu Odenlərlə tibb bacısı Meri əlaqədə olublar, yazışıblar, bir-birlərinə məktublar və fotolar yollayıblar. Melissa böyüyəndə Meri ilə ünsiyyət qurub.

5 yaşı olanda Melissa inkişafda yaşıdlarını geridə qoyub. O, tam sağlamdı.
Məktəbi başa vuran Melissa Cənubi Dakota Universitetinin politologiya fakultəsinə qəbul olub. Sən demə, Melissanın nənəsi həmin universitetdə professor işləyirmişdi.

19 yaşından başlayaraq Melissa əsl valideynlərini aramağa başlayıb. İllər boyu qəzetləri, telefon məlumat kitabçalarını ələk-vələk edən, qəzetlərdə elanlar verən qızın axtarışları nəticə verməyib.

Yalnız Melissanın 36 yaşı olanda o, anasını tapıb. Bəlli olub ki, Melissanın nənəsi vəfat edib, onun özünün də iki bacısı var.
İki övlad anası Melissa yaşamı barədə kitab yazıb.

Maraqlıdır ki, Melissa övladlarını bir zamanlar abortda sağ qaldığı xəstəxanada dünyaya gətirib.

///milli/az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
23:16 24.04.2025
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
23:09 24.04.2025
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib