"Yaxşı oxumasaydım, hamıyla dost olardım. Yaxşı oxumağım, çox adamla düşmən edib məni. Eltonu vurmaq üçün həmişə qara piar olub".
Bu sözləri müğənni Elton Hüseynəliyev "O başdannan" verilişində deyib.
Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb:
"Kameralara işləyənlər 4 sözdən artıq danışa bilmrilər. Kameraya işləmirəm, necəyəmsə, eləyəm. Keçmişimi danmamışam. Anam tum sataraq məni böyüdüb, xoşbəxtəm. İkincisi isə kişiliyimi itirməmişəm. Heç kimin də haqqını yeyə bilmərəm. Səhvlər etmişəm, amma həddimi aşmamışam. Aşanda isə anamın və atamın qarşısında aşmışam, dövlət səviyyəsində yox. Bu gün sərbəstliklə tərbiyəsizliyi səhv salan məxluqların məni müzakirə etməsi lazım deyil. Hamı efirdə gördüyünün başına and içə bilər. Amma biz, yaxşı bilirik kim kimdir".
///axşam.az