ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var

ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
HADİSƏ
22:43 10.07.2025
732
Füzulidə minik avtomobili suvarma kanalına düşüb, iki nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Balaşov Famil Adil oğlunun idarə etdiyi "VAZ" 2106 markalı avtomobil yol kənarındakı suvarma kanalına düşüb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan sərnişin Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza törədən F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR