ANAMA-ya yeni vəzifə həvalə edildi

ANAMA-ya yeni vəzifə həvalə edildi
SOSİAL
17:51 27.02.2026
349
Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edilib.

AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Minatəmizləmə Agentliyinin vəzifələri sırasına keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq daxil edilib.
OXŞAR XƏBƏRLƏR