"Anamın üzünü yuxuda belə görməmişəm"

"Anamın üzünü yuxuda belə görməmişəm"
MAQAZİN
17:55 28.11.2025
107
Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusundan danışıb.

AZXEBER.COM xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan sənətçi erkən yaşda itirdiyi anasını yad edib.
 
o, bildirib anasını heç yuxuda da görmür:

"Yaş yarımlıq uşaq idim. Anamın xalasını görüb, ona ana demişəm. Tərxanım xanım sonsuz olub, atam Ələddinlə məni böyüdüblər. 15 yaşım olanda bilmişəm ki, doğma atam və anam deyillər. Allah atama ömür versin, gözəl insandır. Ən böyük arzum əsl anamı yuxuma gəlməyidir. Onun üzünü heç görməmişəm. Ömrümün sonunda belə olsa onu bir dəfə görmək istəyirəm. Nənələrim, xalalarım yuxuma gəlir, amma anam yox. Onu heç olmasa yuxuda görüm. Bəlkə simasını xatırlamıram deyə gəlmir". 

Aysel
OXŞAR XƏBƏRLƏR