Argentinanın paytaxtı Buenos-Ayresin sakini, 33 yaşlı Lorena Sabio 8 yaşlı qızı ilə birlikdə ölkənin iki ən məşhur klubu olan "Boka Huniors"la "River Pleyt"in matçından qayıdırdı.
Həmin matda "Boka" uduzmuşdu.
Şəhərin Tres de Febrero səmtində yaşayan, "River Pleyt"in azarkeşi olan qadın evinə yaxınlaşanda "Boka Huniors"un fanatı onu görüb.
Migel Anhel Zienzonok adlı fanat qadına hücum çəkib, onu yumruqla vuraraq yerə yıxıb. "Ketçup" ləqəbli fanat qadını təpikləməyə başlayıb və bu dəm ona "Boka Huniors"un daha 5 fanatı qatılıb.
8 yaşlı qız anasının vəhşicəsinə döyülməsini qorxu ilə seyr edib.
"Yerə sərələnmişdim. Başıma təpiklə yenə vurdular və dedilər ki, polisə şikayətlənsəm, axırıma çıxacaqlar", - Lorena Sabio evə çatandan sonra Facebook-da yazıb.
O, hücum edən fanatları tanıdığını da yazıb.
Polis Facebook-dakı status sosial şəbəkədə paylaşmağa başlanandan sonra axtarışlara başlayıb.
Cinayətkarlar tutulublar və gələn həftə onların məhkəməsi başlanacaq.
"Qızım çox qorxub, gecələr rahat yata bilmir. Məni döyən "Ketçup" isə qəddarlığı ilə ad çıxarıb. O, insanları döyərək al-qana boyadığı üçün bu adama "Ketçup" deyirlər", - Lorena söyləyib.//Milli.Az

