Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı

Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı
DÜNYA
19:10 24.08.2023
271
Çanaqqalada meşə yanğınları səbəbindən boğazdan keçid dayandırılıb.

Boğazdan hər iki istiqamətə keçid bu gecə saat 3-də dayandırılıb.

Bu qərar yanğınların söndürülməsi zamanı dənizdən su götürülməsi məqsədilə verilib.

Qeyd edək ki, Çanaqqalada yanğına görə boğaz iki gün əvvəl birtərəfli bağlanmışdı.
 

OXŞAR XƏBƏRLƏR