Anar Ələkbərov: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar”

Anar Ələkbərov: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar”
SOSİAL
12:46 09.01.2024
274
"Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”​.

Bunu Qafqazinfo-ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzindəki yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR