“Anar Əsədlinin həbsinin siyasi motivlərə bağlanması absurddur” - Deputat

“Anar Əsədlinin həbsinin siyasi motivlərə bağlanması absurddur” - Deputat
SOSİAL
21:01 23.04.2023
1001

"Yüksəliş Partiyasının sədri Anar Əsədlinin həbsinin siyasi motivlərə bağlanması absurd bir fikirdir. Məsələni araşdırmadan, məlumat almadan bəzi müxalifətçilər elə düşünür ki, müxalifətçi istədiyi hər şeyi edə bilər. Hələ də bəzi qisim müxalifətçilər hamının qanun qarşısında bərabər olduğunu və qanun qarşısında cavab verməli olduğunu dərk etmək istəmir. Yaxud dərk etsə də bundan öz siyasi çıxarları üçün istifadə etməyə çalışır”.

Bunu AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

"Partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, bir şəxslə bağlı şikayət varsa, əlbəttə ki bu məsələ araşdırılmalıdır. Kimsə dələduzluq edirsə hüquqi müstəvidə qarşılığını almalıdır. Bu baxımdan hər hansı siyasi partiya sədri də hər şeydən öncə vətəndaş olaraq davranışlarına görə qanun qarşısında məsuliyyət daşıyır. Anar Əsədli barəsində öz tanışı olan şəxslər şikayətçi olub. Burada dələduzluq faktı var. Maraqlıdır ki, bu məsələyə siyasi don geyindirənlər nə düşünür? Anar Əsədli müxalif partiyanın sədridir deyə qarşı tərəfin hüquqları tapdalanmalıydı? Əlbəttə ki yox. Biz hüquqi dövlətdə yaşayırıq. Azərbaycan Respublikasının qanunları hər şeydən üstündür. Hamı da bu qanun qarşısında məsuliyyət daşıyır. Bəzi siyasətçilər var ki, siyasi baxışından özünü müdafiə sistemi kimi istifadə etməyə çalışır. Belə siyasətçilər hesab edir ki, qanundan kənar hərəkət etsələr də sonda əməllərinə siyasi don geyindirməklə şantaj üsuluna keçə bilərlər. Ancaq bu tamamilə məntiqsizdir. Məsələyə bu cür yanaşanlar, elə Anar Əsədlinin özü və yaxınları siyasi fəaliyyəti məsuliyyətdən yayınma vasitəsinə çevirmək istəyir. Ancaq 90-cı illərdən qalma müxalifətçilər hələ də anlamır ki, Azərbaycan cəmiyyəti kifayət qədər savadlı cəmiyyətdir və belə siyasi oyunların vasitəsinə çevrilməz. Bu baxımdan Anar Əsədli də qanunun hökmü ilə razılaşmalı və hələ üstəlik partiya sədri olduğu üçün, partiya üzvləri qarşısında müəyyən imici və məsuliyyəti olduğu üçün dürüst davtanmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO