Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı

Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
İDMAN
17:51 12.10.2026
110
"Qarabağ" futbol klubunda kadr dəyişikliyi baş verib.

Ağdam təmsilçisindən AZXEBER.COM-a verilən məlumata görə, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə ölkə kubokunu qazanıb.

O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. Klubdakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.
OXŞAR XƏBƏRLƏR