Anar Kərimovun vəzifələrini icra edəcək şəxs bilindi - Prezidentdən təyinat

MƏDƏNİYYƏT
12:57 22.12.2022
1536
Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

OXŞAR XƏBƏRLƏR