Anar Məmmədov: “Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur”

İQTİSADİYYAT
14:57 09.11.2016
1463

 

"Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur". 

Bunu "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən "Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür:

"Əgər biz "Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq. Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”. 

///"Report"

OXŞAR XƏBƏRLƏR