Anar Məmmədova növbəti zərbə: Federasiya əlindən alınır

Anar Məmmədova növbəti zərbə: Federasiya əlindən alınır
SOSİAL
16:37 17.02.2017
28236
Azərbaycan Qolf Federasiyası iş adamı Anar Məmmədovdan alına bilər
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunur.
 
Ləğv olunmuş Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun gedişi ilə oğlunun da biznesinin çökdürülməsi, holdinqinin və qol meydançasının əlindən alınması gözlənilir. Nazir vəzifəsindən gedən Z.Məmmədovla paralel bu ailənin zəifləmiş mövqeləri daha da sarsılıb. Voleybol klubları əldən çıxan və fəaliyyətini dayandırdıqdan sonra Qolf federasiyasının da əl dəyişəcəyi bildirilir. Anar Məmmədov zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşidir. O, bu idman növü ilə məşğul olur və belə demək mümkündürsə, Azərbaycanda da qolfun idman növü kimi təbliğatında xüsusi fəallıq göstərənlərdən biridir. 2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib. Çox keçmədən Məmmədovlar klanının Qubadakı "Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradılıb.
 
2014-cü ildə isə Qubada, həmin klubda Azərbaycanın Qolf Federasiyası və "European Challenge Tour”un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk "Azerbaijan Open Challenge” turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Anar Məmmədov deyib ki, o, qolfun Azərbaycanda "ən uğurlu idman növlərindən biri olacağına” inanır. Nazir oğlu o zaman qol meydançasının açılışında da iştirak etməmişdi. Lakin belə görünür ki, Azərbaycan qolfunun gələcək inkişafında Anar Məmmədovun yeri görünmür. Çünki Ziya Məmmədovun və klanının sıradan çıxarılması prosesi gedir. Məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir. Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var. Yaxın günlərdə bu federasiyanın rəhbərliyi dəyişəcək.
 
Məlumat üçün deyək ki, Ziya Məmmədov hədəfə gələndən sonra Anar Məmmədov ölkəni tərk edib. Bəzi iddialara görə, o, Londona köçüb. Anar Məmmədovun "Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir. Yeri gəlmişkən, bəzi məlumatlara görə, "Azərbaycan Qolf Federasiyası”nın rəhbərliyinə "Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal gətiriləcək. O, özü də bu məsələyə münasibət bildirib.
 
"Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir”, – deyə Abdulbari Goozal açıqlamasında bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"