Elton Məmmədov: “Azərbaycanda heç bir siyasi qüvvə İlham Əliyev qədər bu ölkənin inkişafına xidmət göstərə bilməz”
AZXEBER.COM MilliMəclisindeputatı EltonMəmmədovuneditor.az-amüsahibəsinitəqdimedir.
- Milli Şurada təmsil olunan partiyalar bir neçə ay öncə Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürsələr də, artıq Şurada təmsil olunan AXCP sədri Əli Kərimli də ortaya iddia qoyub. Sizcə nə baş verdi ki, Milli Şura qısa müddətə tənəzzülə uğradı?
- Əvvəla Milli Şura səmimi birlik deyildi və səmimi dayaqlara söykənmirdi. Burada təmsil olunan partiya və siyasətçilər sivil müxalifətçiliklə deyil, dövlətçilik əleyhinə fəaliyyət göstərirdi. Dövlətinə və millətinə bağlı olmayan heç bir qüvvənin uğur qazanmaq, xalqın dəstəyini əldə etmək imkanı yoxdur. Milli Şuranın yaradılması zamanı ortaya çıxan müzakirələr, qurumda təmsil olunan şəxslərin müxtəlif beynəlxalq dairələrin sifarişlərini icra etməsi bu qurumun həm də antimilli bir fəaliyyət ortaya qoyduğuna şübhə yeri qoymurdu. Azərbaycanda hakimiyyətin mənbəyi xalq olduğuna görə, mərkli beynəlxalq dairələrin və onların buradakı qeyri-rəsmi emissarlarının ölkədə sabitliyi pozmaq cəhdləri nəticə verə bilməzdi. Bu mənada Milli Şuranın tənəzzülə uğraması təbii bir hadisə idi. Burada təəccüblü bir şey yoxdur. Ölkə maraqlarını ayaq altına atmağa hazır olan, müxtəlif beynəlxalq təşkilatların sifarişlərini icra edən və bundan utanmayan qurumun taleyi elə belə də olmalı idi. Əgər bu gün müxalifətin vahid namizəd elan olunan Rüstəm İbrahimbəyov ermənilər üçün darıxdığını söyləyirsə, daha bir müxalifət təmsilçisi Əkrəm Əylisli erməniləri mədh eləyən roman yazırsa, bu onların milli kimliyini açıq şəkildə ortaya qoyur.
- Beynəlxalq təzyiqlərdən söz düşmüşkən, bir çox ekspertlər belə hesab edir ki, xarici təzyiqlər Azərbaycanda hakimiyyəti dəyişməyə yox, geri çəkilməyə təhrik etmək məqsədi daşıyır…
- Bu gün Azərbaycan müstəqil siyasət yürüdür. Bu siyasətin kökündə Azərbaycan xalqının milli maraqları dayanır. İstər DağlıqQarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda, istərsə də digər ümumilli məsələlərdə hakimiyyət dövlətin maraqlarını əsas tutur. Əlbəttə Azərbaycanın dünya miqyasında artan önəmi və nüfuzu fonunda bir çox dairələr müstəqil xarici siyasəti qısqanclıqla qarşılayır və ölkəyə təzyiq etməyə çalışırlar. Təəssüf ki, bir çoxları, o cümlədən bu gün radikal müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri öz şəxsi maraqları naminə bu sifarişləri can-başla icra edir və ölkəni xaosa sürükləmək istəyirlər. Amma onların illərdir Azərbaycanı geri çəkilməyə yönəlik fəaliyyətləri heç bir nəticə vermir və verməyəcək də. Çünki bayaq da söylədiyim kimi, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı öz seçimini edib. Bu seçim isə İlham Əliyevdir.
- Bu günlərdə “Rəy” Sorğu Mərkəzinin respondentlər arasında keçirdiyi sorğu zamanı bəlli oldu ki, ölkə əhalisinin əksəriyyəti İlham Əliyevə etimad göstərir. Müxalif mətbu orqanlar isə bunu iqtidarın sifarişi kimi təqdim edir…
- Müxalifət ağa qara deməyə, iqtidara qarşı qarayaxmağa kampaniyası aparmağa öyrəncəlidir. Məhz bu fəaliyyətlərinə görə, cəmiyyətin nifrətini qazanıblar. Keçirdikləri aksiyalara yüz adamı belə toplaya bilmirlər. Müxalifət elan edir ki, Azərbaycan xalqı onları dəstəkləyir. Amma istənilən obyektiv və qərəzsiz sorğu mərkəzinin araşdırmaları onların cəmiyyəti növbəti dəfə aldatdığı faktını ortaya çıxarır. Bu gün İlham Əliyev Azərbaycan seçicilərinin 98 faizinin etimadını qazanır. Müxalifətin birlikdə 2 faizdən artıq səs toplamaq imkanı yoxdur ki, “Rəy” Sorğu Mərkəzinin respondentlər arasında keçirdiyi sorğunun nəticələri də bunun təsdiqi rolunda çıxış edir.
- Qarşıdan seçki ili gəlir. Sizcə,oktyabr seçkiləri Azərbaycana nə verəcək və ölkənin inklişafı istiqamətində hansı islahatlar gözlənilir?
- Azərbaycanın inkişafı və rifahı ulu öndər Heydər Əliyev siyasi kursunun davamından keçir. Bu gün bu kurs cənab Prezidentİlham Əliyev tərəfindən uğurla icra edilir. Oktyabr seçkiləri və bu seçkinin yekunları Heydər Əliyev siyasi kursunun davamı olacaq. Azərbaycan xalqı elliklə Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı İlham Əliyevə səs verəcək. Ölkə həyatında yeni-yeni nailiyyətlər əldə ediləcək ki, artıq bunun əlamətləri ortadadır. Nəinki paytaxtımızda, ən ucqar regionlarımızda belə başlanan və davam etdirilən quruculuq, abadlıq işləri, yol infrastruktur layihələri, təhsil islahatları özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq ki, bunun da uğurlu nəticələrini bundan sonra da Azərbaycan cəmiyyəti öz gündəlik həyatında hiss edəcək.
- Bir çox mətbu orqanlarda Amerika-Azərbaycan Alyansının sədri Anar Məmmədovun haqqında kəskin yazılar dərc edilir.Sizcə bunu doğuran səbəblər nədir: qısqanclıq, yoxsa…
- Anar Məmmədov kifayət qədər istedadlı, dövlətini və vətənini sevən gənclərdəndir. Onun Azərbaycan həqiqətlərini dünyaya yaymaqla bağlı fəaliyyəti nəinki ölkəmizdə, beynəlxalq birliyin özündə də maraqla qarşılanır. Əgər bu gün Anar Məmmədovun rəhbərlik etdiyi təşkilat Amerika senatorlarını Qarabağ münaqişəsi ətrafında bir araya toplaya bilirsə, buna sevinmək lazımdır, ləkə yaxmaq yox. Hesab edirəm ki, Anar Məmmədova qarşı kampaniya aparanlar bizim qanımızdan deyil. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda diaspor quruculuğu işində gənclərimiz də yaxından iştirak edir. Rusiyada fəaliyyət göstərən AMOR təşkilatının sədri Leyla Əliyeva tərəfindən başlanan “Xocalıya ədalət” kampaniyasında gənclərimizin iştirakı, o cümlədən Anar Məmmədovun səyləri qanı qanımızdan olmayanlara ən layiqli cavabdır.
- Ölkə həyatında bir siyasi canlanma müşahidə olunur. Seçki öncəsi seçicilərə nə demək istərdiniz?
- Mən buradan üzümü bütün Azərbaycan vətəndaşlarına tutub onları seçkidə aktiv iştirak etməyə və Heydər Əliyev siyasi kursuna dəstək verməyə çağırıram. Bu gün Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya miqyasında artan önəmi, dünyanın ən aparıcı ölkə və təşkilatlarının Azərbaycanla hesablaşması, dünya miqyaslı mədəni və siyasi tədbirlərin ölkəmizdə keçirilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən islahatlar, əhalinin rifah halının günü-gündən yaxşılması bu siyasi kursun bəhrəsidir və hər bir seçici öz seçimində bu amili unutmamalıdır. Azərbaycanda heç bir siyasi qüvvə İlham Əliyev qədər bu ölkənin inkişafına xidmət göstərə bilməz və bu seçkilərdə hamılıqla bu kursun layiqli davamçısı cənab İlham Əliyevə səs verməliyik.