Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq

Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq
MAQAZİN
15:38 22.11.2017
10487

Reper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.

AZXEBER.COM xəbər verir ki, reperin keçmiş xanımı Anjelika Axşam.az-a məsələnin təfərrüatlarını danışıb.

O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxlayıb: "Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq etsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm”.

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib: "Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada yaşadıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı yaşayırdı, boşandı, bizim yanımıza köçdü. Yenə də dava, söz-söhbət başladı. Qayınanam da mənimlə mübahisə edirdi.

Yenə ev satıldı, Anar dedi ki, ana-atamdan ayrılmıram, istəyirsən, sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum ona, getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Ev tikilməsi üçün Masazırda torpaq götürüldü. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada yaşadı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qayınatamın yanında qaldım. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəyəm”.

Reperin keçmiş xanımı bildirib ki, kirayədə yaşayır, amma evin pulunu ödəyə bilmir: "Məhkəmələrdə qalmışam. Qayınatamın xahişi ilə kirayədə yaşadım. Dedi ki, Masazırdakı evi satıb sizə ev alacam, kirayə pulunuzu da verəcəyəm. Hələ də ev satılmır, biz də evsiz qalmışıq. Anara zəng edirəm ki, uşaqlara sahib çıx. Mənə cavab vermir, yazır küçələrdə qalıram, məni "blok" edib. Öz uşağının məktəbi ilə maraqlanmır, ayaqqabı, paltar almır, gedib evlənir?”

Anjelika bildirib ki, özü də işsizdir: "Əvvəl çalışırdım, indi çatdıra bilmirəm. 2 aydır qaldığım evin kirayəsini ödəyə bilmirəm. Qızım hazırlığa getməlidir, amma pul yoxdur. Anara deyirəm ki, 100 manat sən düzəlt, 100 manatını mən hazırlayım. Deyir, mən işləmirəm, küçələrdəyəm. Oğlum üçüncü sinifdə oxuyur. Babası əməliyyata gedib, deyib 2 ay vaxt ver, sizə baxa bilməyəcəyəm. Ancaq alimenti yollayacayam. 200 manat alimentdir. Bununla necə uşaq saxlayım? Bu yaxınlarda qızımızın ad günü idi. Anar ona guya təbrik yazıb. İndi onu da yayımlamanızı istəyirəm”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
21:10 21.10.2026
Rusiya İran probleminin diplomatik həllinə kömək etməyə hazırdır
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
21:04 21.10.2026
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
21:02 21.10.2026
“Paris üslubunda qətliam” aranı qarışdırdı - Foto
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
20:55 21.10.2026
Ukrayna ordusu 1 milyon dollarlıq PUA itirib - KİV
Husilərin İraqdakı ofisləri bağlanır
20:52 21.10.2026
Husilərin İraqdakı ofisləri bağlanır
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
20:47 21.10.2026
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
20:43 21.10.2026
Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
20:39 21.10.2026
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
20:36 21.10.2026
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
20:31 21.10.2026
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
20:27 21.10.2026
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
20:19 21.10.2026
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
20:15 21.10.2026
Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
20:09 21.10.2026
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
20:05 21.10.2026
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
20:00 21.10.2026
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb