Anar Nağıyev tələbələrlə görüşdü

Anar Nağıyev tələbələrlə görüşdü
SOSİAL
18:25 17.07.2024
136
BSU-nun rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Slavyan Universitetinin Tədbirlər Planına uyğun olaraq təşkil olunan "Yay məktəbi”nin iştirakçı tələbələri ilə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, iyulun 15-dən etibarən "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Lənkəran Dövlət Universiteti (LDU) tələbələri üçün Lənkəran şəhərində təşkil olunan "Yay məktəbi” öz işini davam etdirir.
    
"Yay məktəbi”nin üçüncü günündə BSU-nun rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov tələbələrlə görüş keçirib. Görüş zamanı rektorlar iki universitet arasında möhkəmlənən əlaqələrdən və yay məktəbinin tələbələrə qazandırdığı geniş təcrübədən bəhs edərək, gələcəkdə də BSU və LDU tələbələrinin iştirakı ilə daha geniş tərkibdə yeni yay məktəblərinin təşkilinin və universitetlər arasında tələbə mübadiləsinin mümkünlüyünü vurğulayıblar.
     
BSU-nun rektoru Anar Nağıyev tələbələrə "İqlim dəyişikliyi və insan inkişafı" mövzusunda seminar keçib. İqlim dəyişikliyinin səbəb olduğu ekoloji təsirlərdən və bu təsirlərin insan inkişafına olan təsirindən bəhs edən A.Nağıyev həmçinin COP29-un Azərbaycanda keçirilməsinin önəmi və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə artan rolu barədə geniş məlumat verib.

Görüşdən sonra tələbələr Lənkəranda yerləşən çay plantasiyasına ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr çay plantasiyasının iş prosesi, çayın yığılması, emalı və qablaşdırılması mərhələləri haqqında ətraflı məlumat alıblar. Bu praktiki təcrübə tələbələrin nəzəri biliklərini genişləndirmək və kənd təsərrüfatı sahəsində dərin anlayış əldə etmək üçün əvəzsiz bir fürsət olub.

Belə tədbirlər tələbələrə nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək və müxtəlif universitetlərin tələbələri arasında əlaqələri gücləndirmək imkanı yaradır.

Qeyd edək ki, "Yay məktəbi” iyulunn 15-dən başlayaraq iyulun 19-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi