Anar Xalidə Bayramovanı müdafiə etdi

Anar Xalidə Bayramovanı müdafiə etdi
SOSİAL
15:21 24.04.2019
11295
Xalq yazıçısı Anar 162 saylı məktəbin ayın əvvəlində intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında yazıb.
 
AZXEBER.COM Musavat.com-a istinadən Xalq yazıçısının yazısını oxucularına təqdim edir.

"Yeniyetmə Elinanın intiharı hamı kimi məni də dərindən sarsıtdı. Qarşıda böyük ömür yolu olan məsum qızcığazın həyatının belə erkən çağında dünyayla vidalaşması böyük təəssüf hissiylə bərabər ağır düşüncələr də oyadır. Belə bir addıma onu təhrik edən səbəblər, ətrafdakıların bir-birinin halına, ovqatına, qayğılarına, duyduqlarına ən azı laqeyd, biganə münasibəti günümüzün acı həqiqətlərindəndir.

Bu itkinin ən ağır iztirabını əlbəttə yaxınları, ailə üzvləri çəkir, onların kədərini paylaşır və dərin hüznlə başsağlığı verirəm.

Şübhəsiz obyektiv istintaq bu faciədə kimin nə dərəcədə təqsirkar olduğunu aşkarlayacaq, amma hələ istintaq tamamlanmamış kimisə «niyə ora gəldi, nə üçün gəldi, saat neçədə, hansı dəqiqədə hadisəyə müdaxilə etdi» üstündə suçlamaq, məncə, ədalətsizlikdir. Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam. Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm.

"Yeni Müsavat" qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. "Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz" deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: "Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?"

Ömrü qırılmış nakam bir qızın faciəsindən məncə belə nəticə çıxarmalıyıq ki, əvvəla hər kəsə – istər yaşlı, istər cavan, istər uşaq olsun dərd sərinə diqqətlə, həssaslıqla yanaşmalıyıq. İkincisi məsələnin mahiyyətinə varmadan, bütün faktlara obyektiv yanaşmadan, kimin haqqındasa amansız hökmlər verməklə cəmiyyətdə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını daha da körükləmiş oluruq. Xalidə xanımın bu sınaqlardan mətanətlə və ləyaqətlə çıxacağına inanıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR