“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”

SOSİAL
15:53 20.02.2025
471
Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir.

AZXEBER.COM "Trend”ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Qızların təhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib.

O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir: "Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”.
OXŞAR XƏBƏRLƏR