Anası dağıntılar altında qalan aktrisa: “Xəbər ala bilmirik”

Anası dağıntılar altında qalan aktrisa: “Xəbər ala bilmirik”
DÜNYA
12:36 06.02.2023
283

Türkiyəli aktrisa Başak Gümülcinelioğlunun anası Hatayda baş verən zəlzələdə qapalı qalıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabından köməyə çağıran aktrisa "Anamızdan xəbər ala bilmirik. Zəhmət olmasa, kimsə görsə, xəbər versin", - paylaşımında qeyd edib.

Qeyd edək ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 10 vilayətdə bir çox bina dağılıb, çox sayda vətəndaş dağıntılar altında qalıb. İskəndərun və Antakyada dövlət xəstəxanaları və polis bölmələri də dağıdılıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR