Anasına əsəbiləşən yeniyetmədən DƏHŞƏTLİ ƏMƏL

Anasına əsəbiləşən yeniyetmədən DƏHŞƏTLİ ƏMƏL
DÜNYA
11:47 27.07.2023
298
ABŞ-də 16 yaşlı qız anası ilə dava etdikdən sonra oteli yandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Okala şəhərində anası ilə dava edən 16 yaşlı İzabella Faith Adeline Garcia əsəbiləşərək qaldıqları 9 mərtəbəli oteldə yanğın törədib. 

Zərərin 200 min dollardan çox olduğu bildirilir.

Anası ilə mübahisə etdikdən az sonra əlində alışqanla otel dəhlizindəki stulu yandıran gənc qız təxminən 5 dəqiqə sonra təcili yardım xəttinə zəng edib. 

Polisin verdiyi açıqlamada oteldə qalan 320 müştərinin sürətlə təxliyyə edildiyi, xəsarət alan olmadığı bildirilib. Qız polis tərəfindən saxlanılıb. 

Gülay
OXŞAR XƏBƏRLƏR