Anasını çaydanla öldürdü

DÜNYA
20:00 22.04.2014
1903
Yaponiya mediası bu cinayətdən bəhs edir. Orta yaşlı qadın ahıl anasını çaydanla öldürüb.
Yaponiyanın Ayti prefekturasındakı Okazaki şəhərində 83 yaşlı anası Yuri ilə birlikdə yaşayan 55 yaşlı Nobuko İnaqaki həbs olunub. N.İnaqaki komvol-lif şirkətinin sahibəsidir.
Anasının iradından sinirlənən qız masanın üzərindəki çaydanı götürərək 83 yaşlı qadının başına çırpmağa başlayıb. Yuri İnaqaki aldığı zərbələrdən həlak olub.
Anasını qətlə yetirəndən sonra Nobuki İnaqaki polisə zəng vuraraq cinayətini etiraf edib.
Ötən ilin avqustunda Tokionun cənub-qərbində 61 yaşlı evdar qadın 73 yaşlı ərini çaydanla döyərək öldürmüşdü.
Qadın ərini xəyanətdə suçlayırdı.(milli.az)
OXŞAR XƏBƏRLƏR