Murad Niftizadə 2019-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib. O, hadisədən dərhal sonra mühakimə olunmaqdan yayınaraq Rusiyaya qaçıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Murad Niftizadə barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında 2022-ci il mart ayında Azərbaycana ekstradisiya olunub.
İstintaqa ifadə zamanı M.Niftizadə bildirib ki, qətli anası ilə yaşayan bacısının açıq-saçıq şəkillərini sosial şəbəkədə gördüyü üçün törədib.
Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz: