Anasının maşında qoyub getdiyi 6 aylıq körpə öldü

Anasının maşında qoyub getdiyi 6 aylıq körpə öldü
DÜNYA
15:13 08.06.2023
210
Belçikanın Şarlerua şəhərində anasının maşında qoyub getdiyi 6 aylıq körpə ölüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həyatını itirən bədbəxt körpə ətrafdakı insanlar tərəfindən görülüb.

6 aylıq olduğu bildirilən körpə saat 17:30 radələrində ölüb.

Hadisə yerinə polis və yardım qrupları gəlsə də, araşdırmalar nəticəsində səhər saatlarından avtomobildə günəş altında qıfıllı qalan körpənin öldüyü müəyyən edilib.
 
Körpənin ölümünün dəqiq səbəbi hələ ki bəlli olmayıb, hadisə ilə bağlı araşdırma başlanılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR