Anasının qəbrinin üstündə özünü güllələyən kişiylə bağlı - AÇIQLAMA

Anasının qəbrinin üstündə özünü güllələyən kişiylə bağlı -  AÇIQLAMA
00:47 17.03.2013
1918

Onun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. Martın 16-da saat 09 radələrində Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət baytarlıq xidmətinin Bərdə rayon baytarlıq idarəsində baş mühasib vəzifəsində işləyən, 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu kəndin qəbirstanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib. Baş prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunun, rayon polis şöbəsinin əməkdaşlarının və məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prossesual hərəkətlər yerinə yetirilmişdir. Baxış zamanı Vəliş Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. Həmin məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini, həmçinin alacağı və borcunun olmadığını göstərmişdir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR