İstanbulun Fatih rayonunda tüfənglə bir ofisə hücum edən F.O. (26) adlı gənc anası ilə sevgili olduğunu iddia etdiyi M.E.-ni (26) güllələyib.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hücum anbaan kameraya düşüb.
Qanlı olaydan sonra araşdırmaya başlayan polislər iş yerindəki təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəlinin şəxsiyyətini təyin ediblər.