Ötən günlərdə 9 illik sevgilisi və övladlarının atası olan aktyor Bred Pittlə nikah bağlayan aktrisa Ancelina Coli toyundan sonra ilk dəfə görüntülənib.
ANS PRESS-in məlumatına görə, 39 yaşlı sənətçi yeni filminin çəkilişləri aparılan Maltada bir qayığa minərkən paparatsilərə tuş gəlib. Ancelina Colinin bu dəfə də başdan ayağa qədər qara libasa bürünməsi diqqət çəkib. Son zamanlar gündəlik həyatında qara rəngə üstünlük verən Coli papağını və gün eynəyini çıxarmayıb. Bundan əlavə olaraq diqqət çəkən məqamlardan biri də, aktrisanın barmağında olan 250 min dollarlıq nişan üzüyü olub. Qeyd edək ki, ilk dəfə “Mr və Ms Smit” filminin çəkilişləri zamanı aralarında eşq macərası başlayan cütlük 10 il sonra yenidən birlikdə kamera qarşısına keçməyi planlayır. Ekran işinin ssenarisi və rejissorluğu Ancelina Colinin özünə məxsusdur.





