Ançellotinin qərarı Ardanı məyus etdi

Ançellotinin qərarı Ardanı məyus etdi
SOSİAL
12:03 26.02.2024
168
İspaniya La Liqasının lideri "Real Madrid" 26-cı həftə matçında "Sevilya"nı 1:0 hesabı ilə məğlub edərək çempionluğa bir addım da yaxınlaşıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, meydan sahiblərinə 3 xal gətirən qolu 81-ci dəqiqədə Luka Modriç vurub.
 
Qarşılaşma zamanı ehtiyat oyunçular skamyasında oturan Arda oyuna girməyə hazırlaşarkən son anda yenidən ehtiyat oyunçular skamyasına qayıdıb.  
 
Matçın sonunda açıqlama verən Ancelotti bunları deyib: "Modriçin qolundan əvvəl Arda ilə bağlı planım var idi, amma qoldan sonra fikrimi dəyişdim. Arda bu qərarı anlayacaq".
 
Gülay


OXŞAR XƏBƏRLƏR