"Real Madrid"in "Almeriya"ya 3-2 hesabı ilə qalib gəldiyi matçda oyuna daxil ola bilmədiyi üçün əsəbiləşən Arda Gülər Karlo Ançelottinin otağına çağırılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Karlo Ançelotti matçı buraxmasına baxmayaraq hazır görünən Arda Gülər ilə Valdebabasdakı otağında görüş keçirib və Arda ilə uzun müddət söhbət edib.
Ançelotti Arda ilə görüşdə "Bilirəm ki, deyəcəksən, sənə həmişə eyni şeyi deyirəm. Amma vəziyyət belədir. Bu şənbə oynayacaqsan" deyərək Arda Gülərə 30 dəqiqə vaxt verməyi planlaşdırdığını açıqlayıb.
Məlumata görə, Arda Gülər bu görüşdən xoşbəxt ayrılıb.
Mikayıl