"Real"ın baş məşqçisi Karlo Ançelotti Türkiyənin Çexiyaya qalib gəlməsindən sonra Arda Gülər ilə telefon danışığı aparıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Arda Güləri təbrik edən Ançelotti futbolçu ilə bağlı qərarını onunla bölüşüb.
"Türkiyə yarımfinala çıxsa, səni ABŞ düşərgəsinə aparmayacağam” desə də, Arda Gülər bu vəziyyətə etiraz edib.
Arda Ançelottinin qərarını rədd edərək "Məni turdan ayırmayın. Az tətilim olsa belə, komanda ilə düşərgəyə qatılacağam" deyib.
Texniki heyət Arda Gülərin düşərgəyə getmək istəyini təqdir etsə də, onun dincəlməli olduğunu da düşünür. Əks halda, ötənilki kimi zədə qorxusu var.
Mikayıl