Ançelotti "Real"dan ayrılmaq istəmir

Ançelotti "Real"dan ayrılmaq istəmir
İDMAN
20:23 21.01.2025
319
İtaliyalı baş məşqçi Karlo Ançelotti İspaniyanın "Real" klubundan ayrılmaq istəmir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Təcrübəli mütəxəssis cari mövsümün onun üçün "Kral klubu"nda sonuncu olacağını düşünmür. Lakin yayda tərəflər növbəti addımları müzakirə etmək üçün yenidən danışıqlar aparacaqlar.

Hələlik qərar verilmədiyi üçün paytaxt təmsilçisi baş məşqçinin gələcəyini müzakirə etmir.
OXŞAR XƏBƏRLƏR