Andrey Pyatov Azərbaycanda oynaya bilər

Andrey Pyatov Azərbaycanda oynaya bilər
İDMAN
19:50 18.06.2022
255
Donetsk "Şaxtyor”unun qapıçısı Andrey Pyatov karyerasını Azərbaycanda davam etdirə bilər.

AZXEBER.COM Apasport-a istinadən xəbər verir ki, "Qarabağ” veteran qolkiperin xidmətində maraqlıdır.

Ukrayna millisindəki karyerasını yenicə başa vuran 38 yaşlı qapıçı növbəti mövsümün ilk yarısını Ağdam təmsilçisində keçirə bilər. Çempionlar Liqasında yenidən qrupa düşməyi hədəfləyən Azərbaycan çempionu Pyatovu 6 aylıq icarəyə götürmək variantını nəzərdən keçirir. Onun Donetsk təmsilçisi ilə müqavilə müddəti 2023-ün yayına qədərdir.

Qeyd edək ki, Ukrayna yığmasının heyətində 100-dən çox oyun keçirən Andrey Pyatov 2007-ci ildən "Şaxtyor”un formasını geyinir.
OXŞAR XƏBƏRLƏR