"Android" telefonları üçün yenilik: Oğurlananda özünü kilidləyə biləcək

MARAQLI
15:03 16.05.2024
246
Yeni təhlükəsizlik yeniləmələrini elan edən "Google” "Android” telefonlarının oğurluq halında özlərini kilidləməsinə imkan verən yeni funksiyanı açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, texnologiya gündəlik həyatın hər sahəsinə nüfuz etsə də, smartfonlar olmadan hərəkət etmək demək olar ki, qeyri-mümkün hala gəlib. 

Şəxsi məlumatlar, şəxsi fotoşəkillər, bank məlumatları kimi ən vacib məlumatları ehtiva edən mobil telefonların oğurlanması özlüyündə narahatlıq doğurur.

"Google” bu ilin sonunda satışa çıxarılacaq Android 15 əməliyyat sistemində mobil telefon oğurluğu və fırıldaqçılıqla mübarizə aparmağı hədəfləyir.

"Oğurluğun aşkarlanması kilidi" və oğruların cihazı sındırmasının qarşısını almaq üçün telefonun ekranını avtomatik kilidləyə bilən yeni süni intellektlə işləyən alət olacaq.

Ayşən

OXŞAR XƏBƏRLƏR