Ötən il istefa verən Almaniyanın sabiq kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə bağlı şok etiraf edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, rəhbərliyi müddətində Rusiya prezidenti Vladimir Putini Ukraynaya müdaxilə etməməyi bildirməyə səlahiyyəti yoxdur.
Almaniyanın "Der Spiegel” nəşrinə danışan Merkel, 2021-ci ilin yayında Putin və Fransa prezidenti Emmanuel Makronun da qatılacağı görüşlər təşkil etməyə çalışdığını bildirib: "Ancaq bunu təmin etmək və ona təsir etmək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm”.
Almaniyada 16 il kansler işlədikdən sonra ötən ilin dekabrında işini tərk edən Merkel Moskvaya səfəri zamanı Rusiya lideri ilə son görüşü barədə bunları deyib: "Təəssüf çox aydın idi, güc siyasəti baxımından işiniz bitdi".
Merkel bildirib ki, Putini son görüşlərində Rusiya xarici işlər naziri Sergey Lavrov müşayiət edib və bundan əvvəl də həmişə ikitərəfli görüşlər keçiriblər.
Baş nazirlikdən getmək qərarından peşman olmadığını ifadə edən Merkel, hökumətinin o dövrdə Ukrayna, Suriya və Liviya kimi mövzularda irəliləyiş əldə etməkdə çətinlik çəkdiyini hiss etdiyini bildirib.
Almaniyanın keçmiş kansleri Ukraynaya müdaxilədən sonra vəzifədə olduğu müddətdə Putinlə yaxınlığına görə sərt tənqidlərə məruz qalıb. Müharibədən sonra Almaniyanın siyasəti Rusiya qazından asılı olduğu üçün müəyyən reaksiyalara səbəb oldu.
Qeyd edək ki, Sovet İttifaqı dövründə Şərqi Almaniyada KQB agenti vəzifəsində çalışmış Putin alman dilini mükəmməl bilir. Rəhbərliyi dövründə Putinlə tez-tez görüşən Merkel də bir az rusca bilir.
Mikayıl