Rusiyada yaşayan ukraynalı müğənni Ani Lorak gizli şəkildə Ukrayna pasportunu yeniləyib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasında Ukrayna səfirliyi olmadığından sənətçi sənədi dəyişdirmək üçün başqa ölkəyə uçmalı olub.
Onun Gürcüstan və ya Ermənistanda bu prosesi həyata keçirdiyi guman edilir.
Daha sonra müğənni qastrol səfərlərini davam etdirmək üçün məlumatları Rusiya Federal Vergi Xidmətinə göndərib.
Aysel