ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi mponitorinq gecikmə ilə baş tutub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinq başlamazdan əvvəl monitorinqi təmas xəttinin qarşı tərəfindən keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov müəyyən olunmuş mövqeyə çıxmayıblar.
Ancaq tərəflər xəbərdarlıq edildikdən sonra monitorinq baş tutmuş və insidentsiz bitib.