Yol qəzasında ölən şəxsin narkotik vasitə daşıyırmış

Yol qəzasında ölən şəxsin narkotik vasitə daşıyırmış
SOSİAL
13:05 11.03.2026
665
Martın 11-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.

Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib. 

N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb