Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Ankara məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi
SİYASƏT
15:32 15.01.2026
396
Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

Bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'.

Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi tərəfindən G-82 kodunun ləğvi ilə bağlı irəli sürülən müraciət əsasında İstanbul Valiliyinə sorğu göndərilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR