Ankara “Türk dünyasının turizm paytaxtı” seçilib

Ankara “Türk dünyasının turizm paytaxtı” seçilib
SOSİAL
19:05 09.07.2025
231

Türkiyənin paytaxtı Ankara şəhəri 2026-cı il üçün "Türk dünyasının turizm paytaxtı” seçilib. Bununla bağlı qərar Türk Dövlətləri Təşkilatının Turizm Nazirlərinin Ankarada keçirilən X toplantısında qəbul edilib.
 
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Bununla bağlı sosial media hesabında paylaşım edən nazir Ersoy tarixi, mədəniyyəti və ruhu ilə bu adın Ankaraya çox yaraşdığını bildirib.
OXŞAR XƏBƏRLƏR