Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutuları" neytral ölkəyə göndəriləcək

Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutuları" neytral ölkəyə göndəriləcək
DÜNYA
20:42 24.12.2025
195
Liviya Baş Qərargahının nümayəndə heyətini daşıyan, Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutuları" Türkiyədə yoxlanılacaq. Lakin daha ətraflı təhlil üçün neytral ölkəyə göndəriləcək.

Bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu "X" səhifəsində yazıb.

O bildirib ki, istintaq başa çatdıqdan sonra hadisənin bütün təfərrüatı tam şəffaflıqla açıqlanacaq.

Uraloğlu qəza ilə bağlı bəzi detallara da aydınlıq gətirib. O qeyd edib ki, təyyarə təxminən 32 000 fut (9,75 km) hündürlükdə olarkən hava hərəkəti dispetçerlərinə həyəcan siqnalı ötürüb. Bu siqnal kritik vəziyyəti göstərir. Pilot elektrik nasazlığı barədə məlumat verib və Ankaraya geri dönüş üçün marşrut istəyib.

Növbəti bir neçə dəqiqə ərzində hava hərəkəti dispetçerləri pilota Esenboğa hava limanına təcili eniş etmək üçün bütün lazımi məlumatları ötürüblər və hava limanı bu məqsədlə bütün digər təyyarələrin uçuş və enişini müvəqqəti olaraq dayandırıb.

"Yerli vaxtla saat 20:33-də pilot ən vacib təcili yardım kodu olan 7700 kodunu aktivləşdirib. Saat 20:38-də təyyarə radarlardan itib", - deyə Uraoğlu yazıb. Növbəti beş dəqiqə ərzində dispetçerlər müxtəlif tezliklərdə təyyarə ilə əlaqə saxlamağa çalışıblar. Lakin bu bir nəticə verməyib və dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlamaq üçün müvafiq xidmətlərə məlumat verilib.

Nazir qeyd edib ki, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Xəbərdarlıq Mərkəzi təyyarənin qəzaya uğraması barədə məlumat verib və qəza yerinin Ankaranın kənarında, Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında olduğunu təsdiqləyib.
 
/Oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO