Ankarada "Eko İqlim" zirvəsi davam edir: Aqil Ələsgər Metsamor AES-in təhlükələri barədə danışdı - FOTOLAR

Ankarada "Eko İqlim" zirvəsi davam edir: Aqil Ələsgər Metsamor AES-in təhlükələri barədə danışdı - FOTOLAR
SOSİAL
21:55 31.03.2022
617
Türkiyənin paytaxtı Ankarada dünyada ilk dəfə olaraq keçirilən "Eko İqlim” iqtisadiyyat və iqlim dəyişikliyi zirvəsi davam edir.

AZXEBER.COM Yenicag.az-a istinadən xəbər verir ki, çoxsaylı dövlət və hökumət rəsmilərinin, ictimai qurum və təşkilat rəhbərlərinin, akademiklərin qatıldığı zirvədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu çıxış edib.

Zirvə çərçivəsində müxtəlif mövzulu fərqli panellər təşkil edilib.

İnternet Media və İnformasiya Federasiyasının (İMEF) sədr müavini Nizaməddin Bilicinin moderatorluğu ilə keçirilən "Medianın gözü ilə iqlim böhranı” adlı paneldə Balkan Strateji Araşdırmalar Mərkəzinin sədri Rıfat Səid, Almaniya Beynəlxalq İnternet Media və Kommunikasiya Birliyi Dərnəyinin qurucularından Ərdal Altundaş, "Turkish Press” İdarə heyətinin sədri İsmayıl Karakaş, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Balıkəsir Jurnalistlər və Yazarlar Birliyinin sədri Səmra Aman Akyürək və Ədirnə Gənc Sahibkarlar Dərnəyinin İdarə heyətinin sədri Nevsər Əraslan çıxış ediblər.

Çıxışçılar məruzələrində iqlim və ekosistem barədə əhalinin məlumatlandırılmasında medianın roluna diqqət çəkərək mətbuatda bu sahə üzrə maarifləndirici informasiyaların verilmə intensivliyinin artırılmasının vacibliyini vurğulayıblar.

"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə çıxışında Qarabağda ermənilər tərəfindən 30 il ərzində törədilən terrorun iqtisadi və ekoloji tərəflərindən danışıb, mənfur qonşularımızın yalnız azərbaycanlılara deyil, təbiətə də ziyan vurduğundan bəhs edib.

Metsamor Atom Elektrik Stansiyasından da danışan Aqil Ələsgər bildirib ki, sözügedən stansiya birbaşa Türkiyə üçün təhlükə ərz edir.

Çıxışlardan sonra xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, dünyanın 10-a yaxın ölkəsindən və Türkiyənin 81 vilayətindən 21 mindən çox iştirakçının qatıldığı iqlim zirvəsində Azərbaycandan da heyət iştirak edir. Azərbaycan heyəti "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, "İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili, Medianews.az informasiya portalına baş redaktoru Xəyalə Rəis və başqalarından ibarətdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb