Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO

Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
DÜNYA
10:05 26.10.2025
52
Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda şəxsiyyəti məlum olmayan motosikletli şübhəlilər bir əyləncə məkanına silahlı hücum ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralanan olmayıb, lakin obyektə maddi ziyan dəyib.

Beştepe məhəlləsi, Armada Hayat küçəsində yerləşən əyləncə məkanına nömrəsiz motosikletlə gələn 2 nəfər silahla atəş açaraq hadisə yerindən qaçıblar.

Məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə göndərilib.

Hadisə şahidlərinin ifadələri alınıb və ətrafdakı təhlükəsizlik kamerası görüntüləri araşdırılıb. Şübhəlilərin saxlanılması üçün əməliyyat başlanıb.

Hücumda yaralanan olmayıb, lakin iş yerinə maddi ziyan dəyib.
 
\APA 

 


 


OXŞAR XƏBƏRLƏR