Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
09:13
Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.
Qəzanın baş vermə səbəbi hələ məlum deyil.
Qatarın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.