Ankarada raket zavodunda partlayış baş verib: Ölənlər var

Ankarada raket zavodunda partlayış baş verib: Ölənlər var
DÜNYA
12:20 10.06.2023
241

Türkiyənin Ankara şəhərinin Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış baş verib. 

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, faciə nəticəsində 5 işçi şəhid olub.

Partlayışdan sonra yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısını ala biliblər.
OXŞAR XƏBƏRLƏR