Ankarada ulu öndər Heydər Əliyevə həsr edilən kitabların təqdimatı olub - VİDEO

Ankarada ulu öndər Heydər Əliyevə həsr edilən kitabların təqdimatı olub - VİDEO
SİYASƏT
21:46 16.04.2019
5596
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən tədqiqat xarakterli salnamə nəşr edilib. Millət vəkili, xalq yazıçısı Elmira Axundovanın qələmə aldığı roman-tədqiqat ulu öndərin həyat və fəaliyyətini geniş şəkildə əks etdirir.

Türkiyənin Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə "Heydər Əliyev: Şəxsiyyət və zaman", "Heydər Əliyev: Kremldə 5 il" və "Heydər Əliyev: Qayıdış" 3 cildlik salnamənin türk dilində olan versiyasının təqdimatı olub. Tədbirdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı danılmaz roldan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında misilsiz xidmətləri olub.

Əli Həsənov vurğulayıb ki, təqdim olunan üç cildlik salnamə ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Nəşrlərdə ulu öndərin malik olduğu liderlik keyfiyyətləri dəqiqliklə təsvir edilib.

Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin şəxsiyyəti bütün dünya üçün bir nümunədir.

Türkdilli oxuculara təqdim olunan roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlərlə müsahibələr, Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır