31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiören Bələdiyyəsi həmrəylik və başsağlığı əlaməti olaraq üçrəngli Azərbaycan bayrağını Cümhuriyyət Qülləsinə proyeksiya edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov X sosial media hesabında məlumat yayıb.