Anqun müsabiqədə duet oxuyacaq

MAQAZİN
14:40 04.04.2012
2043

Anqun London və Amsterdamda çıxış edəcək

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fransa təmsilçisi Anqun (Anggun) Eurovision 2012 mahnısı olan "Echo (You and I)" duet oxuyub. Eurovision.az saytı xəbər verir ki, Anqunun duet ortağı Danimarkanın Eurovision 2009 təmsilçisi Nils Brinkdir. Bundan əvvəl Anqun müsabiqə mahnısını macar müğənnisi Viktor Varga ilə də oxuyub. Macar müğənnisi ilə olan bu ifanın adı "Visszhang (You and I)" adlanır. Gələcək planlarına gəlincə, Fransa təmsilçisi bu mahnını Maltalı müğənni Claudia Faniello ilə duet oxumaq niyyətindədir. Qeyd edək ki, 57-ci Eurovision Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Anqunun Paris, London və Amsterdamda çıxışı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR