"Siyasi mövzulara görə əvvəlki Mina obrazından uzaqlaşdım" - VİDEOMÜSAHİBƏ

MAQAZİN
19:13 01.08.2019
6275

"Bir gün məni apardılar ANS-ə və orada Nərmindən Mina yaratdılar”.

 

AZXEBER.COM-un bu həftəki ulduz qonağı müğənni Mina Hüseyndi. Müsahibəni təqdim edirik:


-Minanın bir zamanlar arxasında ANS, sonra da öz deyiminlə desək "Sovetski” dayanırdı. Hazırda onların ikisi də yoxdur. İndi, sənin arxanda kim dayanır?


Hər kəs kimi mənim arxamda da Allah durur. ANS bağlandı, "Sovetski” dağıldı, indi bir dənə Mina qalıb. İnşallah, onu da yaxınlarda partlatmağa çalışacağıq.(gülür)


-Əsl adın Nərmindi. Nərmin üçün Mina obrazı nə qazandırdı?


Mina obrazı mənə çox məşhurluq qazandırdı. Sonra ürəyim istədiyim kimi gənclərin dilindən danışıb, sözümü deyə bildim. Hətta istəyirəm ki, yenə həmin obrazla davam edim. Bəzi səbəblərdən dolayı indi alınmır.


-Hansı səbəblərə görə?


Biraz siyasi mövzular çoxdur deyə, üsyankar Mina obrazından uzaqlaşdım. Dünyanın hər yerində olduğu kimi bizdə də söz azadlığı var. İstəyərdim ki, gənc bir xanım kimi problemlərdən oxuyum, amma hazırda bu qəbul edilmir.

 

-Hazırda ifa etdiyin tərz insanlar tərəfindən bəyənilir. Bəs, niyə əvvəldən belə oxumurdun?


Mən o zamanlar 15 yaşında idim. Bu sahədən heç nə anlamırdım. Sadəcə gözəl səsim var idi. El dili ilə desək, ev uşağı idim (gülür). Bir gün məni apardılar ANS-ə və orada Nərmindən Mina yaratdılar. Bu layihə də alındı. Mənim mahnım çıxanda 1 günə trend olmuşdu. Yəni, mən ulduzluq həyatını yaşamışam. İndi də özümü o səviyyədə görürəm və ordan aşağı salmamağa çalışıram.


-Sanki indiki trendlərdən gileylisən...


Mənim üçün Azərbaycan musiqisi çox önəmli və doğmadır. İstərdim ki, gerçək sənətçilərimiz önə getsinlər, trendlərdə birinci olsunlar. Amma bəzən baxıram ki, bu onlarda alınmır.


 

-İndiki Mina, ya öncəki Mina daha azaddı?


Əlbətdə ki, illər öncəki Mina daha rahat idi. İstədiyi kimi oxuyan, şıltaq bir qız idi. Amma Azərbaycanda çox istərdim ki, prodakşınlar olsun. Məndə bir gənc kimi elə prodakşın da iştirak edim. Bilirsiz ki, mən həm də aktrisayam. Bu sahədə də özümü təsdiqləmək istərdim.

 

 

-Aktirsa ya müğənni, hansı daha çətindir?


Mənə görə hər ikisi çətindir.

 

-Mina, kişidə səni ən çox nə cəlb edir?


Onun hər şeydən öncə kişiliyi cəlb edir. Mənəvi cəhətdən məni qoruyan, sənətimə dəstək olan kişidisə mən ona sevgimi verirəm.

 

-Bir ara sevgin üçün sənətdən də uzaqlaşdın.


Təssüff ki, elə oldu. Amma bir də elə olmasını istəmirəm.

 

-Minanın sevgisini nə bitirə bilər?


Xəyanət.

 

-Bağışlamağı düşünmürsən?


Bağışlamağı bacaran insanam, amma münasibətlərdə bir dəfə xəyanət oldusa onun davamı mütləq gələcək.

 

-Trendləri bəyənmədiyini dedin. Hazırda trenddə Türkan Vəlizadə, Damla, Şəbnəm Tovuzludu. Onlardan hansını özünə rəqib kimi görürsən?


Əslində onlar elə də janrıma yaxın deyil. Belə onların heç birini özümə rəqib də görmürəm. Onların oxuduğunu oxuya bilmərəm, onlarda mənim oxuduqlarımı oxuya bilməz. Bəsit mahnılar oxumaram.


-İndi müğənnilərin çoxunun sponsoru olur. Bəs sənin sponsorun var?


Mən heç vaxt sponsor axtarışında olmamışam, heç fikirim də yoxdur. Mən heç kəsin pulla oynadılan oyuncağı ola bilmərəm. Hamı bilir ki, sponsor nə deməkdir.


Müsahibənin daha geniş formasını aşağıdakı videodan izləyə bilərsiniz.


Nazim Qasımzadə

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:18 15.07.2020

“Populizmin vaxtı deyil, gedib nə ilə vuruşacaqsan?”

22:14 15.07.2020

Əli Əsədov: “Ölkəyə 84 yeni təcili tibbi yardım maşını gətirilib, 100-ü də gətiriləcək”

21:59 15.07.2020

Dövlət başçısı: “Şəhidlər Xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır”

21:51 15.07.2020

““Qarabağda vuruşmaq istəyirəm” deyənlər öz anketlərini versin”

21:41 15.07.2020

İlham Əliyev gecəki yürüşdən danışdı - “Bu addımı alqışlayıram”

21:25 15.07.2020

Prezident XİN-in fəaliyyətindən narazıdır: “Mən Xarici İşlər nazirini tapa bilmədim”

21:16 15.07.2020

İlham Əliyev: “Sarsıdıcı zərbələr Ermənistan ordusuna yaxşı dərs oldu”

19:59 15.07.2020

Maykl Esyendən Azərbaycana dəstək - FOTO

19:29 15.07.2020

Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

19:24 15.07.2020

Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak edib - VİDEO

19:07 15.07.2020

Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər - VİDEO

18:59 15.07.2020

Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı

18:45 15.07.2020

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

18:39 15.07.2020

Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar həyata keçirir - FOTO

18:22 15.07.2020

Azərbaycan gənclərinə müraciət qəbul olundu

18:03 15.07.2020

Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan XİN başçısının debatı olub

X Mostbet