Artıq telakanal Azərbaycanda fəaliyyətini genişləndirir. Buna uyğun olaraq xanım həmkarımız “İnter-Azərbaycan”ın Azərbaycan üzrə Xəbərlər Departamentinə rəhbərlik edəcək.
Yaxın perspektivdə “Xəbərlər” buraxılışı tam olaraq buradan hazırlanaraq Moskvaya ötürüləcək. Hazırda ayrı-ayrı süjetlər hazırlanaraq Moskvaya göndərilir və yayımlanır. Yaxın vaxtlarda süjetlərin “Türksat”dan da yayımlanması nəzərdə tutulur.
Məsələ ilə bağlı əməkdaşımız keçmış ANS-çi ilə əlaqə saxlayıb. Azadə Balayevə bu məlumatı təsdiqləyib. Qeyd edək ki, A.Balayeva 7 il idi ANS-də işləyirdi. Ondan öncə isə “525-ci qəzet”də çalışıb.